...

Astarada 16 otaqlı evdə yanğın olub

Hadisə Materials 3 Avqust 2016 20:12 (UTC +04:00)
Astara şəhərində 16 otaqlı evdə yanğın baş verib.
Astarada 16 otaqlı evdə yanğın olub

Bakı. Trend:

Astara şəhərində 16 otaqlı evdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Astara şəhərində vətəndaşa məxsus ümumi sahəsi 480 m2 olan ikimərtəbəli 16 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə və 1 otağının tavanı 15 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti