...

Axtarışda olan oğru tutuldu

Hadisə Materials 6 Avqust 2016 13:03 (UTC +04:00)
Şirvan polisi axtarışda olan Mahir Əliyevi tutub
Axtarışda olan oğru tutuldu

Bakı. Trend:

Şirvan polisi axtarışda olan Mahir Əliyevi tutub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şirvan ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da və 27-də Zülfəli Cəbiyevə, Mirdadaş Həsənova və Taleh İbrahimova məxsus evlərdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177 ci (oğurluq) maddəsi ilə axtarışda olan Mahir Əliyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti