...

3 aylıq körpənin yaralandığı ağır qəzanın görüntüləri (VİDEO/FOTO)

Hadisə Materials 10 Avqust 2016 14:24 (UTC +04:00)
Astara magistral yolunun Salyan rayonu Dayıkənd kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
3 aylıq körpənin yaralandığı ağır qəzanın görüntüləri (VİDEO/FOTO)

Bakı. Trend:

Astara magistral yolunun Salyan rayonu Dayıkənd kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Trend Region TV-yə istinadən xəbər verir ki, Lənkəran rayon sakini Rövşən Heydərovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində bir ailənin beş üzvü - Lənkəran rayon sakinləri, 56 yaşlı Məhbubə Heydərova, 51 yaşlı Mətanət Babayeva, 23 yaşlı Günel Heydərova, 3 yaşlı və 3 aylıq iki uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Salyan Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti