...

148 metr su borusu oğurlayanlar saxlanılıb

Hadisə Materials 11 Avqust 2016 19:04 (UTC +04:00)
148 metr su borusu oğurlamaqda şübhəli bilinən Şəki sakinləri tutulub.
148 metr su borusu oğurlayanlar saxlanılıb

Bakı. Trend:

148 metr su borusu oğurlamaqda şübhəli bilinən Şəki sakinləri tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 148 metr su borusu oğurlamaqda şübhəli bilinən Şəki rayonunun Baş Şabalıd kənd sakinləri Bəkir Bəkirov və Adil Səmədov saxlanılıblar.

Bildirilir ki, avqustun 10-da Şəki rayonunun Baş Şabalıd kənd sakinləri Məkkə Məmmədovaya və Bənam İsmayılovaya məxsus həyətyanı sahələrdən ümumilikdə 148 metr su borusu oğurlanıb. Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - həmkəndliləri B.Bəkirov və A.Səmədov saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti