Bakı. Trend:
Şəki sakini Şabanov Ehtibar Novruz oğlu idarə etdiyi "55-BT-168" dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə piyada, 2007-ci il təvvəllüdlü Şəki sakini Əliyev Nahid Fuad oğlunu vurub.
Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili yardım cəlb olunsa da, sürücü özü xəsarət alan şəxsi dərhal xəstəxanaya çatdırıb.
Faktla bağlı Şəki ŞRPŞ tərəfindən araşdırmalar aparılır.
Maşın 9 yaşlı uşağı vurdu
Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
