...

Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 7 Sentyabr 2016 08:42 (UTC +04:00)

Bakı. Trend

Binəqədidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində yerləşən elektrik qutusunda 7 ədəd elektrik sayğacı yanıb.

Bina yanğından mühafizə olunub.

Yanğın saat 02:24-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti