...

Hacıqabuldakı dəhşətli qəzanın görüntüləri (FOTO/VİDEO)

Hadisə Materials 9 Sentyabr 2016 13:36 (UTC +04:00)
Hacıqabulda 1 nəfərin ölümü, 7 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hacıqabuldakı dəhşətli qəzanın görüntüləri (FOTO/VİDEO)

Bakı. Trend:

Hacıqabulda 1 nəfərin ölümü, 7 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Trend EL TV-yə (Region TV) istinadən məlumat verir ki, hadisə Bakı-Qazax yolunun 122-ci kilometrliyində qeydə alınıb. Qubadlı sakini İzzət Atakişi oğlu İsgəndərovun idarə etdiyi “MAN” markalı yük maşını Yevlax rayon sakini Elşad Süleyman oğlu Qafarovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə “Mercedes”də olan sərnişin - 1958-ci il təvəllüdlü Sabir İsmayıl oğlu Hüseynov qəza yerində dünyasını dəyişib.

Avtomobilin sürücüsü ağır vəziyyətdə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Minik maşınındakı Yevlax sakinləri - Aybəniz Arif qızı Hüseynova, İradə və Məshəti Qocayevalar, Ayşən Arzu qızı Haqverdiyeva, 2015-ci il təvəllüdlü Tuncay Ədalət oğlu Hüseynov və Solmaz Ədalət qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti