Bakı. Trend:
Bakının Səbail rayonunda 1 nəfər 5 metr dərinliyində quyuya düşüb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq dərinliyi 5 metr və diametri 2 metr olan çuxura düşmüş vətəndaşı cıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 13:03-də başa çatıb.