Bakı. Trend:
Naxçıvanda baş vermiş qəzada iki qardaş dünyasını dəyişib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə sentyabrın 23-də saat 19 radələrində baş verib. Naxçıvan MR Kəngərli rayonunun Xök kəndində rayon sakini Təbriz Hüseynli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakinləri Rəmzi Seyidovu və qardaşı Səbrini vurub.
Xəstəxanaya yerləşdirilmiş piyadalar orada ölüblər. Naxçıvan MR DİN DYPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.