...

BANM ölən tələbəsi ilə bağlı məlumat yaydı

Hadisə Materials 11 Oktyabr 2016 13:49 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib.
BANM ölən tələbəsi ilə bağlı məlumat yaydı

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib.

BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zeynəb Kazımovanın Trend-ə verdiyi məlumata görə, hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İstintaq getdiyinə görə hadisənin mümkün səbəbləri barədə məlumat verilmir.

Bildirilir ki, son vaxtlar tələbə özünə qapanmışdı, son bir ayda dərslərdə iştirak etməmişdi. BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırmışdılar.

BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verirlər.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova

Məqalədə:
Xəbər lenti

Xəbər lenti