...

Külli miqdarda saxta dollar satan mütəşəkkil dəstəyə hökm oxundu

Hadisə Materials 19 Oktyabr 2016 17:35 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə narkotik maddələrin qanunsuz dövriyyəsi və saxta əskinasların hazırlanmasında təqsirləndirilən mütəşəkkil dəstənin üzvləri- Röyal Əliyev, Elşən Ağalı və Hüseynağa Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Külli miqdarda saxta dollar satan mütəşəkkil dəstəyə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə narkotik maddələrin qanunsuz dövriyyəsi və saxta əskinasların hazırlanmasında təqsirləndirilən mütəşəkkil dəstənin üzvləri - Röyal Əliyev, Elşən Ağalı və Hüseynağa Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Əliyev 10 il 6 ay, E.Ağalı 12 il 6 ay, Hüseynağa Əsgərov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər külli miqdarda narkotik vasitə və saxta ABŞ dollarının qanunsuz dövriyyəsi ilə məşğul olarkən yaxalanıb. Dəstə üzvü E.Ağalının paytaxtın Səbail rayonu ərazisində kirayədə yaşadığı evə baxış keçirilərkən oradan 3 kiloqrama yaxın narkotik vasitə olan heroin, tiryək, həşiş və 22300 saxta dollar aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti