...

Bakıda yaşayış binasında yanğın - 15 sakin təxliyə olundu

Hadisə Materials 24 Oktyabr 2016 02:46 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda yaşayış binasında yanğın - 15 sakin təxliyə olundu

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 6 m2 sahədə və elektrik kabeli 10 p.m yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 15 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti