...

Bakıda 66 yaşlı kişi mənzilində ölüb

Hadisə Materials 29 Oktyabr 2016 02:35 (UTC +04:00)
Bakıda 66 yaşlı kişi mənzilində ölüb
Bakıda 66 yaşlı kişi mənzilində ölüb

Bakı. Trend:

Bakıda 66 yaşlı kişi mənzilində ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1950-ci il təvəllüdlü Bayramov Fəxrəddin Əhməd oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:07-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti