...

Sosial şəbəkədə tanış olduğu qızı şantaj etdi - tutuldu

Hadisə Materials 17 Noyabr 2016 12:13 (UTC +04:00)
Gəncədə sosial şəbəkədə tanış olduğu qızı şantaj edən şəxs yaxalanıb.
Sosial şəbəkədə tanış olduğu qızı şantaj etdi - tutuldu

Bakı. Trend:

Gəncə şəhərində sosial şəbəkədə tanış olduğu qızı şantaj edən şəxs yaxalanıb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 16-da Gəncə şəhərinin Yeni Gəncə qəsəbə sakini Rəfiqə (ad şərtidir) Kəpəz RPİ-yə müraciət edərək sosial şəbəkədə tanış olduğu "Maqa Qurbanlı" ləqəbli şəxsin ona zəng edərək şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini, əxlaqsız təkliflər etdiyini və 200 manat pul verməyi tələb etdiyini bildirib.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti