...

Gömrükdə külli miqdarda aksiz markasız siqaretlər (FOTO)

Hadisə Materials 21 Noyabr 2016 11:06 (UTC +04:00)
Gömrükdə külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib.
Gömrükdə külli miqdarda aksiz markasız siqaretlər (FOTO)

Bakı. Trend:

Gömrükdə külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub. Baş idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Məmmədov Kamran Akif oğlunun idarə etdiyi “VAZ-21099” markalı, “10-UG-789” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində hərəkət edərkən saxlanılıb.

Nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı avtomobilin yük yerindən və salonundan Azərbaycan vətəndaşı Məmmədov Xosrov Əhməd oğluna məxsus 6 ədəd karton yeşiyin içərisinə yığılmış Belarus istehsalı olan külli miqdarda aksiz markasız “NZ” siqaretləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti