...

Balakəndə yanğın: 1 nəfər ölüb

Hadisə Materials 24 Dekabr 2016 01:47 (UTC +04:00)

Bakı. Trend:

Balakəndə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Balakən rayonu, Tülü kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m² olan kursulu, birmərtəbəli 4 otaqli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 2014-cü il təvəlüdlü Alagözov Ramal Amil oğlunun meyiti aşkar olunaraq aidiyyati üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti