...

Bakıda 5 mərtəbəli binada yanğın

Hadisə Materials 27 Dekabr 2016 19:14 (UTC +04:00)
Gündüz saatlarında Bakıda yanğın faktı qeydə alınıb.
Bakıda 5 mərtəbəli binada yanğın

Bakı. Trend:

Gündüz saatlarında Bakıda yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Suraxanı rayonunda beşmərtəbəli yaşayış binansıın 1-ci mərtəbəsində vətəndaşa məxsus mənzilə bitişik əlavə tikilmiş ümumi sahəsi 50 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış ev əşyaları 15 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti