...

Paytaxtda ötən günün qəzalarında 3 piyada ölüb

Hadisə Materials 12 Yanvar 2017 12:07 (UTC +04:00)
Paytaxtda ötən gündə baş vermiş yol qəzalarında 3 piyada ölüb.
Paytaxtda ötən günün qəzalarında 3 piyada ölüb

Bakı. Trend:

Paytaxtda ötən gündə baş vermiş yol qəzalarında 3 piyada ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 11-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Etiqad Kərimov idarə etdiyi "QAZ-2410" markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəhim Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən R.Hüseynov orada ölüb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Həmin gün saat 19 radələrində Nərimanov rayonu M.Araz küçəsində Bakı şəhər sakini Rza Balayzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Cəsarət İsayevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Yanvarın 11-də saat 6 radələrində isə paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Fuad Behbudov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən şəhər sakini Cəfər Sadıqovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti