...

Narkotikə görə adam öldürdü - 19 il

Hadisə Materials 13 Yanvar 2017 11:42 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Elçin Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Narkotikə görə adam öldürdü - 19 il

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Elçin Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Cavadov 19 il azadlıqdan məhrum edilib.

İttihama görə, 2016-cı il may ayının 2-də Yasamal rayonunun Vasif Əliyev küçəsi 217 ünvanında, evdə tək yaşayan Bakı şəhər sakini, 41 yaşlı Mirzə Hüseynovun meyiti üzərində kəsilmiş-deşilmiş xəsarətlərlə aşkarlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E.Cavadov tərəfindən törədilməsi məlum olaraq həbs edilib.

Həmin gün E.Cavadovun M.Hüseynovun yaşadığı evə narkotik istifadə etməyə gəldiyi müəyyən olunub. Elə həmin vaxt onların arasında mübahisə yaranıb. Nəticədə E.Cavadov M.Hüseynovu qətlə yetirib.

E.Cavadov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti