Bakı. Trend:
Binəqədi rayonunda vətəndaşa məxsus evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m² olan birmərtəbəli, 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.