...

Paytaxtda yanğın, sakinlər təxliyyə olundu

Hadisə Materials 1 Fevral 2017 09:17 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb.
Paytaxtda yanğın, sakinlər təxliyyə olundu

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda ikimərtəbəli, kommunal tipli taxta konstruksiyadan idarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə və digər otaqda 10 m² sahədə ev əşyaları yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Yanğın zamanı Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti