...

Xətaidə ikimərtəbəli yaşayış binasında yanğın olub (YENİLƏNİB)

Hadisə Materials 2 Fevral 2017 09:06 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub
Xətaidə ikimərtəbəli yaşayış binasında yanğın olub (YENİLƏNİB)

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonunda hər mərtəbəsi 500 m² olan ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşlara məxsus ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin 1 otağının arakəsmə divarı 7 m² sahədə, ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin 1 otağının tavanı 20 m² sahədə, ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin tavanı 6 m² sahədə və binanın dam örtüyünün yanar konstruksiyaları 500 m² sahədə yanıb.

Trend FHN-nin saytına istinadən xəbər verir ki, mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 07:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.​

X X X

07:29

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğının söndürülmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti