...

Baba ehtiyatsızlıqdan nəvəsinə atəş açıb - uşağın ayağı amputasiya edilib

Hadisə Materials 7 Fevral 2017 11:52 (UTC +04:00)
Qazaxda baba nəvəsini güllələyib.
Baba ehtiyatsızlıqdan nəvəsinə atəş açıb - uşağın ayağı amputasiya edilib

Bakı. Trend:

Qazaxda baba nəvəsini güllələyib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 6-da Qazax rayonunun Şıxlı kəndində kənd sakini Səyad Nəsibovun oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobildə özünə məxsus "TOZ-34" markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib.

Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.

Qazax RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-34" markalı tüfəng götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti