Bakı. Trend:
Lənkəranda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Gərmətük kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.