...

Əcnəbi vətəndaş Bakı sakinini aldadaraq 20 min dollarını alıb

Hadisə Materials 9 Fevral 2017 12:30 (UTC +04:00)

Bakı. Trend:

Əcnəbi ölkə vətəndaşı Bakı sakininin 20 min dollarını mənimsəyib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əcnəbi vətəndaş Aurelien Vanbonun Bakı şəhər sakini Məmməd Məmmədova məxsus 20.000 ABŞ dolları pulunu xüsusi kimyəvi vasitələrlə 40.000 ABŞ dollarına çevirəcəyi adı ilə aldadaraq ələ keçirməsi müəyyən edilib.

A.Vanbonun Xətai rayonu ərazisindəki yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti