...

Gədəbəydə intihar: 27 yaşlı oğlan özünü asdı

Hadisə Materials 17 Fevral 2017 11:12 (UTC +04:00)
Gədəbəy rayonunda intihar hadisəsi baş verib.
Gədəbəydə intihar: 27 yaşlı oğlan özünü asdı

Bakı. Samir Əli - Trend:

Gədəbəy rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Trend-ə Gədəbəy rayon Prokurorluğundan məlumat verilib.

Hadisə fevralın 16-da rayonun Çalburun kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Bağırov Ceyhun Elxan oğlu özünü yağadığı evin ikinci mərtəbəsindən asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti