...

Cinayət törədən qadınların və uşaqların sayı açıqlandı

Hadisə Materials 17 Fevral 2017 17:37 (UTC +04:00)
Ötən il cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 6,2 faiz, yetkinlik yaşına çatmayan uşaqların payı isə 2,7 faiz təşkil edib.
Cinayət törədən qadınların və uşaqların sayı açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən il cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 6,2 faiz, yetkinlik yaşına çatmayan uşaqların payı isə 2,7 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ildə ölkədə 26611 cinayət faktı qeydə alınıb. Cinayət törətmiş şəxslərin 83,4 faizi cinayət məsuliyyətinə cəlb olunub. Onların 77,8 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 18,3 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.

Qeydə alınmış 897 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, onların da 9,6 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən törədilib. 58 cinayət hadisəsi sərxoş vəziyyətdə törədilmişdir. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 4,2 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 2,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 91,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,7 faizi əzab vermə, 1,1 faizi isə digər cinayətlərə aiddir.

Qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərində 11,8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərində 22,2 faiz artım, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərində 15,8 faiz, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətlərində 75,0 faiz, digər cinayətlərdə isə 53,3 faiz azalma müşahidə olunmuşdur. Məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı 3,6 faiz artaraq 1031 nəfər, ölənlərin sayı isə 18,6 faiz artaraq 51 nəfər olmuşdur.

Xəbər lenti

Xəbər lenti