Bakı. Trend:
17 fevral 2017-ci il tarixdə saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub.
Trend Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb. Faktla bağlı araşdırma aparılır.