...

"Neft Daşları"nda ölüm hadisəsi

Hadisə Materials 22 Fevral 2017 19:07 (UTC +04:00)

Bakı. Trend:

“Neftqaztikinti” trestinin elektrik montyoru yıxılaraq dünyasını dəyişib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu gün 16.00 radələrində “Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oglu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb, aldığı xəsarətdən keçinib.

Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti