Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qətl törətməkdə təqsirləndirilən Şəhriyar Abbasquliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi martın 2-də davam etdiriləcək.
İttihama görə, ötən il martın 9-da Maştağa qəsəbəsində Ş.Abbasquliyev 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayevi bıçaqla qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qətl hadisəsi qumar üstə baş verib.