...

Mingəçevirdə qadın meyiti tapılıb

Hadisə Materials 8 Mart 2017 21:38 (UTC +04:00)
Mingəçevirdə 80 yaşlı qadının meyiti aşkar edilib
Mingəçevirdə qadın meyiti tapılıb

Bakı. Trend:

Mingəçevirdə 80 yaşlı qadının meyiti aşkar edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1937-ci il təvəllüdlü Rzayeva Nifə Məmməd qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:44-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti