...

Ömürlük məhbuslar Ali Məhkəməyə şikayət etdi

Hadisə Materials 13 Mart 2017 14:57 (UTC +04:00)
Ömürlük azadlıqdan məhrum edilən sabiq OMON-çular - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov Ali Məhkəməyə kassasiya şikayəti verib.
Ömürlük məhbuslar Ali Məhkəməyə şikayət etdi

Bakı. Samir Əli - Trend:

Ömürlük azadlıqdan məhrum edilən sabiq OMON-çular - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu barədə Trend-ə vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, şikayətə martın 14-də Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

Ömürlük azadlıqdan məhrum edilən keçmiş OMON-çular kassasiya şikayətində cəzalarının 20 illik cəza ilə əvəz edilməsini istəyiblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 1996-cı ildə ölüm cəzasına məhkum edilib. 1997-ci ildə onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.

Hər 3 şəxs ötən il Qaradağ rayon Məhkəməsinə müraciət edərək cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər. Məhkəmə isə müraciətləri rədd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti