Bakı. Trend:
Salyan rayonu, Xıdırlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 169 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının və mətbəxinin tavanı 21 m2 sahədə yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.