Avtomobillərdən oğurluq edənlər tutulub

Hadisə Xəbər 31 Mart 2017 11:52 (UTC +04:00)
13 avtomobildən pul, maqnitafon və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Vüqar Hamzəyev və İlkin Bünyadov tutulublar.
Avtomobillərdən oğurluq edənlər tutulub

Bakı. Trend:

13 avtomobildən pul, maqnitafon və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Vüqar Hamzəyev və İlkin Bünyadov tutulublar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-dən martın 10-dək olan müddətdə Gəncə şəhəri ərazisində 13 avtomobildən pul, maqnitafon və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüqar Hamzəyev və İlkin Bünyadov tutulublar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti