...

Bakıda "Mercedes" körpüdən aşıb, ölən var

Hadisə Materials 1 Aprel 2017 07:43 (UTC +04:00)
Bakıda avtomobil körpüdən aşıb
Bakıda "Mercedes" körpüdən aşıb, ölən var

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakıda avtomobil körpüdən aşıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax magistral avtomobil yolunun 67-ci kilometrliyində “Mercedes” markalı minik avtomobilinin körpüdən aşması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Səlimov Səlim Zakir oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:19-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti