...

Polisə işə düzəltmək adı ilə dələduzluq edən qadına 7 il cəza verilib

Hadisə Materials 13 Aprel 2017 12:56 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda vətəndaşı polisə işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mehparə Kazımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Kazımova 7 il müddətində azadlıqdan məhrum edilib.

İttihama görə, Bakı şəhər sakini M.Kazımova bir nəfəri polisə işə düzəltmək məqsədilə aldadaraq ondan 38 min manat pul alıb. M.Kazımova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti