Bakı. Trend:
Ağcabədidə fermada ölüm hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 17-də Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki fermada Ağdam rayon sakini Yaqub Mahmudov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.