...

Gədəbəydə 8 otaqlı ev yanıb

Hadisə Materials 22 May 2017 09:43 (UTC +04:00)
Gədəbəy rayonunda yanğın hadisəsi baş verib.
Gədəbəydə 8 otaqlı ev yanıb

Bakı. Trend:

Gədəbəy rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Zəhmətkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 m2 olan ikimərtəbəli 8 otaqlı evin çardağı 15 m2 sahədə və bitişik ümumi sahəsi 18 m2 olan tövlənin dam örtüyü 10 m2 sahədə yanıb.

Tövlənin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti