...

Zibillikdən sursat çıxdı

Hadisə Materials 29 May 2017 15:49 (UTC +04:00)
Siyəzən şəhəri ərazisindəki məişət tullantıları sahəsindən sursat tapılıb.
Zibillikdən sursat çıxdı

Bakı. Trend:

Siyəzən şəhəri ərazisindəki məişət tullantıları sahəsindən sursat tapılıb.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ərazidən təlim üçün nəzərdə tutulan 2 ədəd “F-1”, 3 ədəd “RQD-5” qumbaraları, 4 ədəd “RQD-5” qumbarasının başlıqları, 3 ədəd tank əleyhinə mina və 95 ədəd avtomat patronu tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti