...

12 milyon dolları mənimsəməkdə təqsirləndirilən iş adamı ittihamları rədd etdi

Hadisə Materials 31 May 2017 13:59 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi keçirilib.
12 milyon dolları mənimsəməkdə təqsirləndirilən iş adamı ittihamları rədd etdi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən C.Canıyev özünü ittihamlarda təqsirli bilməyib və işdə günahsız olduğunu deyib. C.Canıyevin vəkili Vüqar Babayev vəsatət qaldıraraq cinayət işinin istintaq materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Vəkilin vəsatəti təmin edilib və iş üzrə məhkəmə prosesi iyunun 7-nə təyin olunub.

İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti