...

Bakı və Lerikdə yanğın olub

Hadisə Materials 7 İyun 2017 00:22 (UTC +04:00)
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir vaqonun taxtadan ibarət üzlüyü yanıb
Bakı və Lerikdə yanğın olub

Bakı. Trend:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir vaqonun taxtadan ibarət üzlüyü yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 15:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın Lerikdə olub. Şəhərdə ümumi sahəsi 250 m2 olan tikilinin içərisində yerləşən yarımstansiyanın 3 ədəd elektrik açarı və 15 p.m elektrik kabeli yanıb. Yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti