...

Binəqədidə çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə Materials 8 İyun 2017 17:41 (UTC +04:00)
Gündüz saatlarında Bakıda yanğın faktı qeydə alınıb.
Binəqədidə çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. Trend:

Gündüz saatlarında Bakıda yanğın faktı qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 120 m2 olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 32 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:10-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti