...

Bir cinayətin izi ilə ikisi açılıb

Hadisə Materials 13 İyun 2017 13:22 (UTC +04:00)
Bir cinayətin izi ilə daha ikisi açılıb.
Bir cinayətin izi ilə ikisi açılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

İyunun 9-da paytaxtın Səbail rayonunun İçərişəhər ərazisində yaşayan Aleksandr Sabrıkin Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi"nə müraciət edərək evindən açıq qalmış qapıdan girməklə pulunun və mobil telefonunun oğurlanması barədə məlumat verib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, hadisə yerinə 9-cu Polis bölməsinin əməliyyat qrupu gəlib. Əldə edilən əməliyyat məlumatları əsasında oğurluğun zərərçəkmişin köhnə tanışlarından biri Fuad adlı şəxs tərəfindən törədildiyi müəyyən edilib və görülmüş tədbirlərlə o, saxlanılaraq Polis bölməsinə gətirilib. Araşdırmalarla onun iyunun 7-də Faiq adlı şəxslə birgə Bakı şəhər sakini Aleksandr Anfinogenova məxsus velosipedi oğurlaması da müəyyən edilib.

Maştağa qəsəbəsində yaşadığı dəqiqləşdirilən Faiq Əliyev də əməliyyatçılar tərəfindən tutularaq Polis bölməsinə gətirilib. O, həmin velosipedi bazara aparıb tanımadığı şəxsə satdığını etiraf edib.

Ətraflarında aparılan tədbirlərlə onların birlikdə fevralın 9-da paytaxt sakini Azad Ağaşova məxsus evdən kabel və inşaat materialları oğurlamaları, onu əlvan metalların qəbulu məntəqələrindən birində satmaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti