Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin şimalında Çorum əyalətində sərnişin avtobusu qəzaya uğrayıb. Trend-in məlumatına görə, əyalət polisi avtobus qəzası ilə bağlı ilkin məlumatı açqıqlayıb. İlkin məlumata görə, qəza nəticəsində təxminən 48 adam yaralanıb.
Əyalət polisinin verdiyi məlumata görə, avtobus sürücünün idarəetməni itirməsi nəticəsində uçuruma düşüb.