...

YENƏ İstanbuldan uçan təyyarəni ildırım vurdu

Hadisə Materials 20 İyun 2017 14:11 (UTC +04:00)
“Türk hava yolları” aviaşirkətinə məxsus İstanbuldan Kazana uçuş həyata keçirən təyyarə havaya qalxdıqdan qısa müddət sonra geri qayıtmalı olub
YENƏ İstanbuldan uçan təyyarəni ildırım vurdu

Bakı. Trend:

“Türk hava yolları” aviaşirkətinə məxsus İstanbuldan Kazana uçuş həyata keçirən təyyarə havaya qalxdıqdan qısa müddət sonra geri qayıtmalı olub. Trend-in məlumatına görə, buna səbəb təyyarəni ildırım vurması olub.

Təyyarədə 101 sərnişinin olduğu bildirilib.

İldırım vurmasından dərhal sonra təyyarənin kapitanı geri qayıtmaq barədə qərar qəbul edib. Təyyarə endikdən sonra texniki yoxlama üçün anqara aparılıb. Sərnişinləri başqa təyyarə ilə Kazana uçublar.

Qeyd edək ki, ötən gün Türkiyənin “Atlas global” aviaşirkətinə məxsus İstanbuldan Tbilisiyə uçan təyyarəni də ildırım vurmuşdu.

Xəbər lenti

Xəbər lenti