...

Qumbara satmaq istəyən tutuldu, narkotik mənbəyi tapıldı

Hadisə Materials 24 İyun 2017 15:20
Pirallahı Rayon Polis Şöbəsinə bir nəfər şəxsin özündə saxladığı əl qumbarasını satmaq məqsədi ilə müştəri axtarması barədə əməliyyat məlumatı daxil olub.
Qumbara satmaq istəyən tutuldu, narkotik mənbəyi tapıldı

Trend-i buradan izləyin

Bakı. Trend:

Pirallahı Rayon Polis Şöbəsinə bir nəfər şəxsin özündə saxladığı əl qumbarasını satmaq məqsədi ilə müştəri axtarması barədə əməliyyat məlumatı daxil olub.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən görülən tədbirlərlə o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Taranov olması müəyyən edilib. Üzərinə baxış keçirilərkən satmaq məqsədi ilə qanunsuz saxladığı alışqanı ilə birlikdə olan 1 ədəd "F-1" əl qumbarası və eyni məqsədlə gəzdirdiyi 3 bükümdə narkotik vasitə olan marixuana aşkar edilib.

Aparılan tədbirlərlə S.Taranov rayon ərazisindəki qəbiristanlıqda çətənə kolları əkib-becərdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin nişan verdiyi həmin əraziyə baxış keçirilərkən diqqət çəkməyən yerdə qurudularaq qablaşdırılmış vəziyyətdə olan narkotik vasitə də aşkar edilərək götürülüb.

Ekspertiza S.Taranovun üzərindən çıxan narkotik vasitənin 3,035 qram, qəbiristanlıqdan tapılan narkotik vasitənin isə 970 qram marixuana olması barədə rəy verib.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti