Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Emin Mehdiyev və Namiq Məsimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses iyulun 7-də davam etdiriləcək.
İttihama görə, bu il yanvarın 26-da Bakının Binəqədi rayonunda yerləşən mənzillərdən birində usta kimi işləyən Emin Mehdiyev və Namiq Məsimov həmin mənzildən 12 min manat pul oğurlayıblar.
Onlara Cinayət Məcəlləsinin 177.2.4 (oğurluq; xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.