...

Ağstafada Kür çayında batmış 2 nəfərdən birinin cəsədi tapılıb

Hadisə Materials 2 İyul 2017 22:04 (UTC +04:00)
Kür çayında batmış 2 nəfərdən birinin cəsədi tapılıb
Ağstafada Kür çayında batmış 2 nəfərdən birinin cəsədi tapılıb

Bakı. Trend:

Kür çayında batmış 2 nəfərdən birinin cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış 2 nəfərdən biri, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi saat 20:30-da FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Digər 1 nəfərin axtarışı davam etdirilir.

Xəbər lenti

Xəbər lenti