...

"Azerconnect"in kabelini oğurlayan şəxs tutulub

Hadisə Materials 11 İyul 2017 11:50 (UTC +04:00)
Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini tutulub.
"Azerconnect"in kabelini oğurlayan şəxs tutulub

Bakı. Trend:

Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 10-da Nəsimi rayonu A.Mustafayev küçəsindəki binalardan birinin üzərində quraşdırılan "Azerconnect" şirkətinə məxsus ötürücü bazanı rabitə ilə təmin edən kabelin 40 metrlik hissəsi kəsilərək oğurlanıb.

Nəsimi rayon Polis İdarəsi 19-cu Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Röyal Əliyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti