Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:28-də yayılıb)
Bakı. Trend:
Ötən gün Kür çayında batan 2 nəfərin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 18.07.2017-ci il tarixində Kür çayının, Hacıqabul rayonu, Talış kəndindən keçən hissəsində batdığı ehtimal olunanan 1974-cü il təvəllüdlü Ağavəlizadə Bəxtiyar Ağavəli oğlunun və 2002-ci il təvəllüdlü Ağavəlizadə Fərid Bəxtiyar oğlunun meyitləri tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:15-də başa çatıb.
x x x
Kürdə 2 nəfər batıb.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının, Hacıqabul rayonu, Talış kəndindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşların axtarışlarına başlayıblar.